Bu ölkədə ən qədim insanların qalıqları tapılıb
    • 13-04-2024, 22:50
    • 120

Bu ölkədə ən qədim insanların qalıqları tapılıb


Keniyada aparılan arxeoloji qazıntılar zamanı planetimizdə ilk məskunlaşan insanların qalıqları aşkarlanıb.

News24.az Trend-ə istinadən xəbər verir ki, bu tapıntılar Turkana gölünün sahilində tapılıb və onların yaşı təxminən 1,86 milyon ildir.

Məlumata görə, alimlər fosillərin anatomiyası müasir insanlara çox bənzəyən ilk hominid olan Homo erectus növünə aid olduğunu bildirib. Bu kəşf Homo erectusun ağıllı Homo sapiensin əcdadı ola biləcəyi ilə bağlı fərziyyələri artırır.