Rusiyada ZƏLZƏLƏ OLDU: Dağıntı...
    • 14-04-2024, 09:17
    • 260

Rusiyada ZƏLZƏLƏ OLDU: Dağıntı...


Aprelin 13-də axşam saatlarında Kuril adaları sahilləri yaxınlığında 4,6 bal gücündə zəlzələ baş verib.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə Rusiya Elmlər Akademiyasının Geofizika Xidmətinin Saxalin bölməsi məlumat yayıb.

Seysmik hadisənin episentri Sakit okeanda, Kuril vilayətinin Qornoye kəndindən təxminən 85 kilometr cənub-şərqdə, İturup adasında yerləşib. Zəlzələnin dərinliyi 47 kilometr olub.

Seysmoloqlar qeyd ediblər ki, İturup qəsəbələrinin sakinləri bunu 2-3 bal gücündə hiss ediblər. Belə müşahidələrə binaların silkələnməsi, əşyaların yüngülcə silkələnməsi və mebelin yüngülcə yırğalanması daxil ola bilər.