-
- 14-04-2024, 19:56
- 409
"Özümü böyük məşqçi saymıram"
"Liverpul"un baş məşqçisi Yurgen Klopp öz karyerası haqqında danışıb.
News24.az Unikal-a istinadla xəbər verir ki, cari mövsümün sonunda komandadan ayrılacaq mütəxəssis özünü böyük məşqçi hesab etmədiyini deyib:
“Mən heç vaxt özümü böyük məşqçi saymıram. İnsanların məni belə görməsinə hələ də təəccüblənirəm. Əsas odur ki, “Liverpul” azarkeşləri bizdən razıdırlar və bu, vacib olan yeganə məqamdır. Məzar daşımda “Budur, planetin ən uğurlu məşqçilərindən biri” yazılmasını istəmirəm. İnsanlara kömək edən biri kimi xatırlanmaq istəyirəm”.
Klopp 2015-ci ildən "Liverpul"a rəhbərlik edir. 56 yaşlı mütəxəssis ilin əvvəlində cari mövsümünün sonunda klubdan ayrılacağını bildirib. Komanda hazırda 71 xalla Premyer Liqanın turnir cədvəlində 3-cü yerdədir.
“Liverpul” Kloppun rəhbərliyi altında İngiltərə çempionu, ölkə kubokunun və Superkubokunun, Çempionlar Liqasının qalibi olub.