"Sabah" çempion "Qarabağ"ı məğlub etdi
    • 14-04-2024, 21:41
    • 306

"Sabah" çempion "Qarabağ"ı məğlub etdi


Azərbaycan Premyer Liqasında XXX tura yekun vurulub.

News24.az xəbər verir ki, günün son oyununda "Sabah" və "Qarabağ" üz-üzə gəlib. "Bank Respublika Arena"da baş tutan görüş "Sabah"ın 3:2 hesablı qələbəsi ilə yekunlaşıb.

Bu nəticədən sonra xallarını 43-ə çatdıran "Sabah" beşinci pilləyə yüksəlib. Daha əvvəl çempionluğunu rəsmiləşdirən "Qarabağ" isə 72 xalda qalıb.