-
- 15-04-2024, 15:52
- 194
“Yaxın Şərq uçurumun astanasındadır”- Borrell
Aİ-nin xarici siyasət və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Josep Borrell İslam Respublikası yəhudi dövlətinə zərbə endirdikdən sonra İsrail və İran arasında münaqişənin deeskalasiyasına çağırıb.
News24.az xəbər verir ki, bunu İspaniyanın Onda Cero radiostansiyasına müsahibəsində deyib.
O, İsrailin İranın misli görünməmiş hava hücumuna cavab verəcəyini gözlədiyini, lakin bunun daha da gərginliyə səbəb olmayacağına ümid etdiyini bildirib.
“Biz uçurumun kənarındayıq və ondan uzaqlaşmalıyıq. Biz əyləci basıb maşını tərs vəziyyətə salmalıyıq”, - Aİ-nin baş diplomatı bildirib.
O qeyd edib ki, İsrailin sağçı hökumət koalisiyasında qisas almaq istəyən sərt xətt tərəfdarları ilə daha mötədil və ağıllı fraksiya arasında dərin parçalanma var.
Mehriban Mirzəzadə