Avtomobil 54 yaşlı velosipedçini vurub
    • 16-04-2024, 08:00
    • 72

Avtomobil 54 yaşlı velosipedçini vurub


Pirallahı rayonunda ağır xəsarətlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

News24.az "Report"a istinadla xəbər verir ki, 1970-ci il təvəllüdlü Abbasəliyev Azər Cəfər oğlunun idarə etdiyi velosiped avtomobillə toqquşub.

Hadisə zamanı xəsarət almış A.Abbasəliyev təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb. Müayinə zamanı ona qapalı kəllə-beyin travması və bədənin çoxsaylı əzikləri diaqnozları qoyulub.

Faktla bağlı araşdırma aparılır.