Rusiya ilə Ukrayna atəşkəs elan edir?
    • 16-04-2024, 15:26
    • 90

Rusiya ilə Ukrayna atəşkəs elan edir?

Rusiya Parisdə keçiriləcək Olimpiya Oyunları zamanı Ukrayna ilə barışıq yaradılması məsələsini müzakirə edə bilər, lakin Kiyevin mövqeyi ilə bu proses həmişə mürəkkəbləşir. 

News24.az xəbər verir ki, bu barədə Rusiya prezidentinin mətbuat katibi Dmitri Peskov yerli KİV-in sualını cavablandıran zaman deyib.

Peskov qeyd edib ki, belə bir təklif olsa da, rəsmi olaraq açıqlanmayıb. 

Qeyd edək ki, Fransa prezidenti Emmanuel Makron Çin prezidenti Si Cinpinlə Paris Olimpiya Oyunları zamanı atəşkəs və dünyada bütün silahlı münaqişələrin, o cümlədən Ukrayna-Rusiya münaqişəsinin dayandırılması məsələsini müzakirə etmək istədiyini açıqlayıb.