İngiltərəyə göndərdim dediyi həyat yoldaşını öldürübmüş - TƏFƏRRÜAT
    • 16-04-2024, 19:55
    • 8 169

İngiltərəyə göndərdim dediyi həyat yoldaşını öldürübmüş - TƏFƏRRÜAT

Türkiyənin Antalya şəhərində dəhşətli qətl hadisəsi baş verib.

News24.az Musavat.com-a istinadla xəbər verir ki, Abdüsselam A. 34 illik həyat yoldaşını bıçaqlayaraq öldürüb.

Qatil şübhəlisinin qətldən sonra oğluna zəng edərək vəziyyəti izah etdiyi zaman hadisə üzə çıxıb. Abdüsselam A. 2 gün əvvəl namaz qılmaq üçün getdiyi məscidin axunduna həyat yoldaşını İngiltərəyə göndərdiyini dediyi öyrənilib. Özünün də arvadının yanına gedəcəyini bildirərək axunddan halallıq alıb.

Həyat yoldaşını bıçaqladığı müəyyən edilən 69 yaşlı Abdüsselam A. evində yaxalanıb.

Abdüsselam A. polis tərəfindən nəzarətə alınıb. Türkan A. respublika prokurorunun araşdırmalarından sonra Antalya Ədliyyə Tibb Qurumuna göndərilib.