“Səhnəyə lüt çıxırlar"
    • 16-04-2024, 23:30
    • 300

“Səhnəyə lüt çıxırlar"

"Tərbiyəni heç bir insan cəmiyyətdən almır, ailədən alır".

News24.az bakıvaxtı.az-a istinadən xəbər verir ki, bu sözləri yazıçı, jurnalist Anar Vəziroğlu "Qum saatı" verilişində deyib.

Ailə dəyərlərindən bəhs edən jurnalist valideynlərə səslənib:

"İndi maariflənməyin adı qalıb. Əgər övlad gedib 15-20 yaşında cinayət törədirsə, deməli ailədə tərbiyəsi olmayıb. O, valideynin günahıdır. Valideyn vaxtında tərbiyə verməyib. Mən başqasına nümunə deyiləmsə, necə kiməsə "özünüzü yaxşı aparın" deyə bilərəm? İndi ekspertlərə baxırsan ki, heç birinin ailəsi yoxdur. Dəhşət budur".

O, müğənniləri də qınamaqdan çəkinməyib:

"Müğənnilər səhnəyə lüt çıxırlar. Sonra da deyirlər ki, məni qınamayın. Mən evdə tək deyiləm. Buna arvad da baxır, qız da baxır, nəvəm də baxır. Bunlara tərbiyəni kim versin".