-
- 17-04-2024, 10:50
- 293
Yaşıl çayın kiloqramı REKORD qiymətə satıldı
NHK dövlət televiziyasının xəbərinə görə, Tokionun cənubundakı Şizuoka şəhərində 1957-ci ildən bəri keçirilən ənənəvi çay bazarında mövsümün ilk auksionu keçirilib.
News24.az xəbər verir ki, hərracda ölkə daxilində istehlak edilən məşhur "yabukita" növü yaşıl çay yarpaqlarının kiloqramı 1,11 milyon yenə (təxminən 7 min 200 dollar), bu günə qədərki ən yüksək qiymətə satılıb.
Bazarda maklerlərin yerli abak “soroban”la hesabladıqları qiymətdən sonra satıcı və müştərinin eyni anda üç dəfə əl çaldığı ənənəvi “teuçi” icra edilərək razılıq əldə olunub.
Bir kiloqrama görə rekord qiymətə nail olunub.
Fermerlərin bağlı olduğu Ryoqoçi Çay Sənayesi Dərnəyinin prezidenti Hideki Moçizuki açıqlamasında "Xoş qoxulu çay istehsal etdik. Ümid edirik ki, dadı və ətri insanların xoşuna gələcək" dedi.
Qeyd edək ki, səlahiyyətlilər, bu il çay rekoltesinin azalmasının mart ayının sonuna doğru davam edən soyuq havanın təsiri səbəbiylə satış qiymətlərini artırdığını ifadə etdi.
Hərracda satılan çayın orta qiyməti kiloqramı üçün 77 min 637 yen (501 dollar) olub.
Günel Məlikzadə