Diananın daha bir paltarı rekord qiymətə satıldı
    • 18-12-2023, 15:33
    • 186

Diananın daha bir paltarı rekord qiymətə satıldı

Şahzadə Diananın daha bir paltarı hərracda satılıb.

News24.az "Unikal"a istinadla xəbər verir ki, bu barədə "Julien's Auctions" hərrac evinin saytında məlumat verilib. Bildirilir ki, geyim 1,14 milyon dollara satılaraq moda dünyası üçün rekord vurub. 

Söhbət ulduzlarla bəzədilmiş qara paltardan, göy ətəkdən gedir. O, Mərakeş-Britaniya moda dizayneri Jacques Azagury tərəfindən hazırlanmışdır.

Geyimin ilkin qiyməti 100 min dollar olub. Bunun üçün 19 hərrac iştirakçısı mübarizə aparıb. Julien's Auctions saytı qeyd edib ki, Şahzadə Diananın paltarından əldə edilən bütün gəlir Nyu-York Tarix Cəmiyyətinə bağışlanacaq.