Hadı Rəcəbli ilə vida mərasimi keçirilir - CANLI
    • 17-04-2024, 14:27
    • 397

Hadı Rəcəbli ilə vida mərasimi keçirilir - CANLI

Bu gün səhər saatlarında ürəktutmasından vəfat edən sabiq deputat, Milli Məclisin Əmək və sosial siyasət komitəsinin keçmiş sədri Hadı Rəcəbli ilə Təzə Pir məscidində vida mərasimi keçirilir. 

News24.az-ın xəbərinə görə, mərasimdə mərhumun ailə üzvləri, Milli Məclisin deputatları və digər şəxslər iştirak edirlər.

Vida başa çatandan sonra mərhum II Fəxri xiyabanda dəfn olunacaq.

Qeyd edək ki, H.Rəcəbli aprelin 17-də 76 yaşında vəfat edib.