24 saat ərzində... - Azərbaycan əhalisinə XƏBƏRDARLIQ!
    • 17-04-2024, 14:58
    • 355

24 saat ərzində... - Azərbaycan əhalisinə XƏBƏRDARLIQ!

Yer kürəsində güclü maqnit qasırğası müşahidə olunacaq.

News24.az Sfera.az-a istinadən xəbər verir ki, son 24 saat ərzində doqquz günəş partlayışı qeydə alınıb. Qasırğanın gücü 3 baldan 4 bala qədər olacağı bildirilir. Axşama doğru onun gücünün 2 bala qədər azalacağı gözlənilir.

Diqqətə çatdırırıq ki, meteohəssas insanlar halsızlıq, başgicəllənmə, başağrısı və ürəkbulanma hiss edə bilərlər.

Bu zaman insanlara daha çox dincəlmək, spirtli içkilərdən imtina etmək və təmiz havada gəzmək məsləhət görülür.