Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı
    • 18-04-2024, 10:40
    • 580

Qarabağdan çıxarılan sülhməramlılar qatarla yola salındı

Xəbər verdiyimiz kimi ötən gündən etibarən Rusiya sülhməramlı kontingenti və onlara məxsus texnikalar Qarabağdan çıxarılıb.

News24.az xəbər verir ki, sülhməramlılar qatarla yola salınıb.

Qeyd edək ki, Kremlin mətbuat xidmətinin rəhbəri Dmitri Peskov daha əvvəl açıqlamasında sülhməramlıların Qarabağdan tam çıxarılması prosesinin 2024-cü ilin sentyabrın sonunda başa çatacağını bildirib.//ednews