-
- 18-04-2024, 12:03
- 325
"Nə yaxşı Azərbaycan sərhədi 50 metr uzaqdan başlayır" - Paşinyan
“Türkiyə ilə sərhəddə yerləşən Armavir rayonunun Marqara kəndinə 50 metr məsafədə Türk ordusu xidmət edir, biz eyni vəziyyəti Azərbaycanla sərhəddə də formalaşdırmaq istəyirik”.
News24.az xəbər verir ki, bunu Ermənistanın Baş naziri Nikol Paşinyan Tavuş vilayətində sakinlərlə görüşü zamanı deyib.
Baş nazir Ermənistanın 30 ildir qeyri-sabit şəraitdə yaşadığını, bu səbəbdən sərhədlərin müəyyənləşməsinin vacib olduğunu deyib.
“Əhalinin bədbinliyi əsassızdır. Biz artıq digər tərəflə qarşılıqlı öhdəliklərin olduğu bir sənədin müəyyənləşməsinə nail olmaq istəyirik. Proses irəlilədikcə nikbinliyim artır. Arzumuz budur ki, əhali “Vay, Azərbaycan Ordusu bizdən 50 metr aralıdadır” deməsin. Sakinlər düşünsünlər ki, nə yaxşı Azərbaycan sərhədi 50 metr uzaqdan başlayır, rahat ticarətlə məşğul ola biləcəklər. Biz bu xətt üzrə getsək, indikindən 100 dəfə daha güclü olacağıq. Məsələ ərazi alıb-verməkdən deyil, Ermənistanı gücləndirməkdən gedir”, – N.Paşinyan qeyd edib.