Rihanna artıq sarışındır - FOTOlar
    • 18-04-2024, 14:12
    • 124

Rihanna artıq sarışındır - FOTOlar

Keçən il Forbes jurnalının Ən Güclü Qadınlar siyahısına daxil edilən barbadoslu müğənni Rihanna həm musiqi karyerasında, həm də iş dünyasındakı uğurları ilə adından söz etdirib.

News24.az xəbər verir ki, 36 yaşlı müğənni Fenty brendi üçün təşkil olunan tədbirə çıxıb.

Son zamanlar saç rəngini açan müğənni rəsmən sarışın olub.

Daha əvvəl bir çox saç rəngini dəyişən Rihanna uzun müddətdir tünd rənglərə üstünlük verib.

Bəzi sosial şəbəkə istifadəçiləri Rihannanın yeni üslubunu bəyənsə də, bəziləri tünd rənglərin müğənniyə daha çox yaraşdığını bildirib.

Günel Məlikzadə