İsrail 1,4 milyon insanı həbs etməyi planlaşdırır
    • 13-02-2024, 16:44
    • 192

İsrail 1,4 milyon insanı həbs etməyi planlaşdırır

İsrail Qəzza zolağındakı hücumları zamanı şimaldakılar üçün təhlükəsiz zona elan edərək təxminən 1,4 milyon fələstinlini köç etməyə məcbur etdiyi Rəfah şəhərini qurudan işğal etmək və əhalini oradan zorla çıxarmaq istəyir.

News24.az xəbər verir ki, Təl-Əviv hökuməti Rəfaha hücum etmək niyyətini açıqladıqdan sonra beynəlxalq ictimaiyyətin və ərəb ölkələrinin reaksiyaları və xəbərdarlıqlarından sonra yüz minlərlə məcburi köçkünün şəhəri tərk etməsi üçün təhlükəsiz keçid dəhlizinin yaradılacağını iddia edib.

Rəfahda köçkün düşmüş təxminən 1,5 milyon fələstinli bölgənin qərbində yerləşən və təhlükəsiz bölgə olduğu iddia edilən Mavasiyə köçmək məcburiyyətində qalacaq. İsrail hökuməti isə Rəfahdan zorla çıxarmağı planlaşdırdığı fələstinliləri hansı bölgəyə istiqamətləndirəcəyi ilə bağlı açıqlama verməkdən çəkinir.

Günel Məlikzadə