Uşaqları döyən molla həbs edildi - VİDEO
    • 19-04-2024, 21:30
    • 243

Uşaqları döyən molla həbs edildi - VİDEO

Türkiyədə Quran kursunda şagirdlərini döydüyü görüntüləri ortaya çıxan imam vəzifəsindən azad edilib.

News24.az xəbər verir ki, imamın uşaqları döyməsinin görüntülərinin bəzi sosial media hesablarında yayılmasından sonra Diyadin Qubernatorluğu araşdırmalara başlayıb.

Qeyd edək ki, adı açıqlanmayan və Quran kursunun təhlükəsizlik kamerası görüntülərində zorakılıq etdiyi üzə çıxan imam 657 saylı “Dövlət qulluqçuları haqqında” qanuna uyğun olaraq vəzifəsindən uzaqlaşdırılaraq həbs edilib.

Günel Məlikzadə