Türkiyədə müğənni həbs edilib
    • 25-08-2022, 22:07
    • 373

Türkiyədə müğənni həbs edilib

Türkiyəli müğənni Gülşən həbs edilib.

Sənətçi konsertdə işlətdiyi ifadəyə görə həbs olunub.

O konsert zamanı birini nəzərdə tutaraq “İmam Hatipdə oxuyub, azğınlığı oradan gəlir”, ifadəsini işlədib.

Gülşənin sözləri həmin liseydə təhsil alanların və məzunların, həmçinin dindarların ciddi narazılığına səbəb olub. Qısa zaman ərzində "Twitter" sosial şəbəkəsində Gülşənin həbs olunması üçün #gulsentutuklansın həştəqi ilə yüzlərlə paylaşım edilib. /APA/