-
- 1-05-2019, 20:14
- 2 213
Stalinin Xəzəri qurutmaq planı: Alimlər onu bu fikrindən necə döndərdi? - FOTO
Xəzər dənizi haqda hər şeyi bilirikmi? Bu yazını oxuyandan sonra yəqin ki, “yox” deyəcəksiz. Çünki məhz bu bilgilərdən sonra dənizimiz haqda daha maraqlı və fərqli bilgilər əldə edəcəksiz.
Xəzər dənizi tutumuna görə böyük göldür, çünki onun dünya okeanı ilə əlaqəsi yoxdur. O, qapalı və hamardır. Amma Xəzər "gölü" dünyanın bir çox dənizlərindən fərqli və üstündür.
Xəzər dənizində suyun duzluluğu dünya okeanlarından üç dəfə azdır. Bununsa öz səbəbi var. Xəzərə hər gün 100-dən çox çayın suyunu qoynuna alır. Dənizimiz şirin suyunun təxminən 80 faizi Volqadan gəlir.
Xəzər Almaniya, Yaponiya və Zimbave boydadır
Xatırladaq ki, Xəzərin ümumi sahəsi təxminən 370 000 kvadrat kilometrdir. Bu, Zimbabve, Yaponiya və Almaniya kimi ölkələrin əraziləri ilə təxminən eynidir.
Yeri gəlmişkən, Xəzər dənizində suyun səviyyəsi ciddi dəyişikliklərə məruz qalır.
Xəzər dənizi beş dövlətin – Rusiya, Azərbaycan, Qazaxıstan, Türkmənistan və İranın sahillərini yuyur.
Bəşəriyyət boyu burada çox sayda müxtəlif xalqların yaşayıb. Təəccüblü deyil ki, Xəzər dənizinin 70-ə yaxın adı var: “Xvanlı”, “Derbentdli”, “Xəzərli”, “Qirkanlı” ,”mədhinski”...
Dünyanın ən iri balığı burda tapılıb
Xəzər dənizinin əsas sərvətlərindən biri qiymətli balıq cinsləridir. Burada nərə balıqlarının bütün dünya ehtiyatlarının təxminən 80 faizi cəmlənib. Nərə balıqlarının artırılması qorunması hazırda beynəlxalq məsələdir. Bu məsələ Xəzər dənizi akvatoriyasına daxildir, dövlətlər səviyyəsində həll edilir. Çəkisi 1224 kq olan böyük “Beluqa” balığı 1922-ci il mayın 11-də rus balıqçıları tərəfindən Volqa çayının Xəzərə töküldüyü yürdə tutulub. Onun təkcə kürüsünün çəkisi 146 kq, başı isə aha ağır – 288 kq idi.
“Səhranın bəyaz günəşi”də bu sahillərdə çəkilib
1968-ci ildə Xəzər dənizinin sahilində, Mahaçqala yaxınlığında, "Səhranın bəyaz günəşi" adlı sovet filminin çəkilişləri keçirildib. Məhz burada butaforlar Vereşşaqinin gömrükxanasını tikiblər.
Eyni zamanda burda Mahaçqala limanından Barkas "Dərbənd" körpüsü də düşüb. Amma filmdə bu liman “Tver” adı daşıyır.
Xəzərin dibində qiymətli əşyalar var...
Xəzinə axtaranların fikrincə, Xəzər dənizinin dibində saysız-hesabsız xəzinələr saxlanılır. Vaxtilə fırtınalar, dəniz döyüşləri və digər qəzalar nəticəsində dənizdə çox sayda qiymətli yük gəmiləri batıb. Bir neçə il bundan əvvəl məşhur amerikalı dayver Bill Uorren Xəzərdəki qiymətli əşyaların tapılması üçün araşdırma aparmaq haqda təşəbbüs qaldırmışdı. Amerikalı dalğıc əmindir ki, dənizin dibində çox sayda qiymətli əşyalar var.
Xəzər dənizində olduqca böyük neft ehtiyatları var- təxminən 10 milyard ton. Abşeron yarımadasında ilk neft quyuları isə hələ XIX əsrin birinci yarısında qazılıb. 1949-cu ildən isə dənizin dibindən neft çıxarılmağa başlanıb.
Hidroloqlar qorxutmasaydılar...
Ötən əsrin əllinci illərinin əvvəllərində İosif Vissarionoviç Stalin qəribə təşəbbüs irəli sürüb: “Neft ixracının artırmaq üçün Xəzər dənizini qurutmaq lazımdır”. O zaman Stalin Volqa axınını Şimalı Qazaxıstana çəkməyi planlaşdırırmış. Sovet hidroloqları "xalqların lideri" ni onun bu istəyinin iqlim fəlakəti ilə sona çata biləcəyi ilə qorxudaraq vaz keçiriblər. Onlar Stalinə anladıblar ki, dənizə axan əsas çayların məcrasının qarşısını heç bir vəchlə ala bilməzlər. Buna heç bir nasosun gücü yetməz.
News24.az
Emin Qasımov