ABŞ-da QANLI GECƏ
    • 21-04-2024, 11:09
    • 153

ABŞ-da QANLI GECƏ


ABŞ-ın Tennessi ştatının Memfis şəhərində əyləncə gecəsində baş verən atışma nəticəsində azı 2 nəfər ölüb, 14 nəfər yaralanıb.

News24.az Publika.az-a istinadla xəbər verir ki, bu barədə şəhər polisinin “X” səhifəsində dərc edilmiş məlumatda deyilir.

Məlumata görə, yaralılardan üçü ağır vəziyyətdə xəstəxanaya yerləşdirilib.

Atışma polisin icazəsiz keçirildiyini bildirən küçə şənliyində baş verib. Ümumilikdə şənlikdə 200-300 nəfər iştirak edirdi.