"Starlink peykləri Yer kürəsini zəhərləyə bilər"
    • 22-04-2024, 08:54
    • 238

"Starlink peykləri Yer kürəsini zəhərləyə bilər"

Keçmiş NASA fiziki xəbərdarlıq edib ki, İlon Maskın “Starlink”i kimi meqapeyk şəbəkələri Yerin maqnitosferini poza və bütün bəşəriyyəti ölümcül kosmik şüalara məruz qoya bilər.

News24.az xəbər verir ki, Doktor Sierra Solter-Hunt iddia edir ki, peyklər hər saatda 1,3 tondan çox peyk tullantıları ilə Yer atmosferini aşır və orbitdə "keçirici hissəciklərdən" ibarət metal təbəqə yaradır.

Qeyd edək ki, astronomların bu ilin mart ayında etdiyi son hesablamaya görə, hazırda orbitdə 5504 Starlink peyki var. Onlardan 5442-si işləyir. Bununla belə, daha on minlərlə işə salınması planlaşdırılır.

Günel Məlikzadə