Tibb işçiləri Google-u məhkəməyə verdi
    • 22-04-2024, 10:22
    • 208

Tibb işçiləri Google-u məhkəməyə verdi

Yaponiyada həkimlər və diş həkimləri də daxil olmaqla 63 səhiyyə işçisi “Google Maps-də yazılan əsassız neqativ şərhlərin onların bizneslərinə mənfi təsir göstərməsi” səbəbi ilə qanuni addım atıb.

News24.az xəbər verir ki, Tokio Rayon Məhkəməsində Google-a qarşı qaldırılan iddiada şikayətçi həkim-xəstə məxfiliyinə görə "əsassız şərhlərə etiraz etmədiklərini", lakin Google-un müvafiq tədbir görmədiyini iddia edib.

Paytaxt Tokioda klinika işlədən şikayətçi həkimlərdən biri açıqlamasında "Bir çox səhiyyə müəssisəsinin fəaliyyətinə böhtan, təhqir və real olmayan yazılar mane olub" deyib.

Şikayətçinin vəkili Nakazawa Yuiçi öz ifadəsində işçilərin əlverişsiz vəziyyətini nəzərə alaraq "Google-un məsuliyyət daşımaması düzgün deyil" deyib.

Qeyd edək ki, şikayətçilər 1,4 milyon yen (9 min dollar) təzminat tələb edir.

Milli mətbuatda yazılıb ki, Google dezinformasiya və anlaşılmazlıqları azaltmağa çalışsa da, ayrı-ayrı hallara münasibət bildirməkdən imtina edib.

Günel Məlikzadə