Bu tarixdə havanın temperaturu 38 dərəcəyə yüksələcək
    • 22-04-2024, 22:00
    • 178

Bu tarixdə havanın temperaturu 38 dərəcəyə yüksələcək

Qərbi Gürcüstanda aprelin 23-25-də yağmursuz hava şəraiti gözlənilir. Aprelin 25-də hava isti və küləkli olacaq. Havanın temperaturu 38 dərəcəyə qədər yüksələ bilər.

News24.az xəbər verir ki, Milli Ətraf Mühit Agentliyi Gürcüstanda aprelin 23-25-nə olan hava proqnozunu açıqlayıb.

Aprelin 23-24-də Şərqi Gürcüstanın bəzi rayonlarında isti fonunda yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir.

Tbilisidə hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +28, +30 dərəcə təşkil edəcək.

Kartlidə (Rustavi, Bolnisi, Marneuli, Qardabani, Qori, Sxinvali): aprelin 23-24-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +29, +31 dərəcə təşkil edəcək.

Kaxetidə (Saqareco, Telavi, Qurcaani, Siğnaği, Laqodexi, Ğvareli, Axmeta, Dedoplistskaro): aprelin 23-24-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +30, +32 dərəcə təşkil edəcək.

Şərqi Gürcüstanın yüksək dağlıq rayonlarında (Axalkalaki, Tsalka, Bakuriani, Qudauri, Omalo, Dedoplistskaro): aprelin 23-24-də bəzi yerlərdə qısamüddətli yağış yağacağı, şimşək çaxacağı, dolu düşəcəyi, aprelin 25-də hava şəraitinin yağmursuz keçəcəyi gözlənilir. Havanın temperaturu gündüz +21, +23 dərəcə təşkil edəcək.