-
- 23-04-2024, 13:43
- 267
Dalğıclar "23 Nisan"ı su altında belə qeyd etdilər - VİDEO
Muğlanın Fethiye rayonunda bir qrup dalğıc 23 Nisan Türkiyə Milli Suverenlik və Uşaq Bayramını dənizin dibində Türk bayrağını açaraq qeyd edib.
News24.az xəbər verir ki, dalğıclar əvvəlcə dənizin dibində açılan təxminən 15 metrlik Türkiyə bayrağının qarşısında əllərindəki türk bayraqları ilə pozalar verib, daha sonra bayraqlarla üzüblər.
Onlar 23 apreldə şanlı türk bayrağını dənizin dibində dalğalandırmaqdan xoşbəxt olduqlarını bildirib.
Günel Məlikzadə