9-cu sinif şagirdinin meyiti dənizin dibindən tapıldı - Boynuna qum torbası bağlayıb...
    • 26-01-2023, 13:53
    • 220

9-cu sinif şagirdinin meyiti dənizin dibindən tapıldı - Boynuna qum torbası bağlayıb...

Rusiyada Anapa şəhərində  “Rus” sanatoriyasının çimərliyinə baxış zamanı dənizin dibində 9-cu sinif şagirdinin meyiti tapılıb.

News24.az xəbər verir ki, 16 yaşlı yeniyetmənin meyiti sahildən iki metr aralıda, 1,5 metr dərinlikdə aşkar edilib.

Cəsəd aşkarlanan zaman onun boynunda bağlanmış qum ilə dolu plastik torba olub.

O da məlumdur ki, yeniyetmə paytaxt məktəbində distant təhsil alırmış.

Çimərlikdə oğlanın bel çantası və şəxsi əşyaları da tapılıb. /Ren Tv/

Teymur MƏMMƏDOV