-
- 23-04-2024, 16:34
- 174
Ərdoğandan "bayram" mesajı
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan 23 Aprel Türkiyə Milli Suverenlik və Uşaq Bayramı, Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümü münasibətilə sosial şəbəkədə paylaşım edib.
News24.az xəbər verir ki, Prezident Ərdoğan mesajında bu ifadələrə yer verib:
"Türkiyə Böyük Millət Məclisinin açılışının 104-cü ildönümünü və sevimli övladlarımızın 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını təbrik edirəm. İnşallah, gələcəyimizin təminatı olan övladlarımızın hər günü dolsun. Bayram sevinci ilə Böyük Millət Məclisinin ilk prezidenti, Qurtuluş Döyüşümüzün Ali Baş Komandanı Cümhuriyyətimizin qurucusu Qazi Mustafa Kamal Atatürk başda olmaqla, ölkəmizin tərəqqisində əməyi olan hər kəsi hörmətlə anıram. Müstəqilliyimiz və gələcəyimiz uğrunda canından keçmiş qəhrəman şəhidlərimizin hər birinə Allah rəhmət eləsin”.
Onu da qeyd edək ki, Rəcəb Tayyib Ərdoğan 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə Beştəpədə Türk Dünyası Uşaqları, TRT Uşaq Şənliyinin Qonaq Uşaqları ilə də görüşüb.
Günel Məlikzadə