-
- 23-04-2020, 12:15
- 709
"Uşaq ürəyindən daha geniş ünvan yoxdur" - ƏRDOĞAN BALACALARI TƏBRİK ETDİ - VİDEO
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan, TBMM-nin quruluşunun 100-cü ci ili və 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını təbrik edib.
News24.az xəbər verir ki, Türkiyə lideri "Twitter" hesabından etdiyi paylaşımda "Türkiyə Böyük Millət Məclisinin quruluşunun 100-cü ilini, Türkiyənin və dünyanın bütün uşaqlarının 23 Aprel Milli Suverenlik və Uşaq Bayramını ən səmimi duyğularımla təbrik edirəm" sözlərini yazıb.
R.T.Ərdoğan qeyd edib ki, həyatda uşağın təbəssümündən daha böyük xoşbəxtlik, uşaq ürəyindən daha geniş bir ünvan yoxdur: "Müharibələr, qarşıdurmalar, aclıq və qıtlıq üfüqlərimizi qaranlıqlaşdırdığı bir dövrdə dünyanı gözəlləşdirən tək şey, uşaqlarımızın təbəssümüdür. Siz gələcəyimizin qarantısınız, gələcəyimizin ümidisiniz. Çünki uşaq olmaq ,həvəslə dünyaya saf, təmiz, aydın gözlərlə baxmaq və həyəcanla gələcəyə doğru getmək deməkdir. Uşaq olmaq ürəyinizdəki sonsuz, hesabsız sevgini qucaqlamaq deməkdir. İnanıram ki, siz, sabah sənətçi, siyasətçi, alim, müəllim, mühəndis, hüquqşünas, iş adamı və ya digər vəzifələrdə olacaqsınız. Sonra qalan qüsurları aradan qaldıracaq və gələcək nəsillər üçün daha ədalətli və gözəl bir dünya quracaqsınız. Sizi, 23 Aprel Milli Suverenlik və Uşaq Bayramı münasibətilə təbrik edirəm və 23 Apreli bizə təqdim edən Cümhuriyyətimizin banisi olan Qazi Mustafa Kamala və silahdaşlarına bir daha təşəkkür edirəm. Ailəniz, müəllimləriniz və dostlarınızla birlikdə neçə belə gözəl bayramlar arzulayıram".