Quru əncirin faydaları və zərərləri nələrdir?
    • 23-04-2024, 23:59
    • 521

Quru əncirin faydaları və zərərləri nələrdir?

Vitamin və minerallarla zəngin bir meyvə olan əncirin bir çox faydası var. Antioksidantlarla zəngin olan qurudulmuş əncir immuniteti gücləndirir, orqanizmin xəstəliklərə qarşı müqavimətini artırır.

News24.az xəbər verir ki, lif ilə zəngin olan qurudulmuş əncirin tərkibində kalium, dəmir, kalsium, antioksidantlar və kompleks karbohidratlar var.

Qəbizliyin müalicəsində quru əncir təzə əncirdən daha təsirli ola bilər. 

Lakin meyvələr quruduqda şəkərin miqdarı artdığından quru əncirin şəkəri və kalorisi daha yüksəkdir. Bu səbəblə də az yeyilməlidir.

Xüsusilə şəkər xəstəsi olanların təzə və ya qurudulmuş əncirdən uzaq durmaları, 1 ədəddən çox əncir yeməmələri tövsiyə edilir.

Qeyd edək ki, 2 quru əncir və ya 2 təzə əncir təxminən 60 kaloridir.

Günel Məlikzadə