-
- 24-04-2024, 10:53
- 1 087
Cinsi həyatı pis olan kişiləri gözləyən təhlükə: beynində...
Cinsi həyatı pis olan kişilərin beynində zədə aşkarlanıb.
Mütəxəssislərin fikrincə, cinsi həyatımızla idrakımız arasında birbaşa əlaqə var. Pis bir cinsi həyat gələcək illərdə yaddaş problemlərinin xəbərçisi ola bilər.
ABŞ-ın Pensilvaniya Dövlət Universitetinin tədqiqatçıları yaşlandıqca cinsi məmnunluq və erektil funksiyanın azaldığını söyləyən orta yaşlı kişilərin də yaddaş qabiliyyətlərinin daha çox zəiflədiyini aşkar ediblər.
Tədqiqatçıların fikrincə, tapıntılar cinsi sağlamlığın beyin sağlamlığı ilə sıx əlaqəli olduğunu göstərir. Ancaq bu əlaqəni daha yaxşı başa düşmək üçün əlavə tədqiqatlara ehtiyac var.
Komandanın təhlilinə tədqiqatın başlanğıcında orta yaşı 56 olan 800-dən çox kişi daxil edilib. Bu şəxslər 12 il ərzində həyatları ilə bağlı sorğu suallarını cavablandırıb və idrak və yaddaş testlərindən keçiblər.
İştirakçıların heç birində tədqiqatın əvvəlində erektil disfunksiya və ya koqnitiv problemlər olmayıb.
Ancaq illər keçdikcə cinsi həyatları azalmağa başlayan kişilərdə yaddaş zəifləyib.
Pensilvaniya Dövlət Universitetinin mütəxəssisi bildirib ki, cinsi məmnunluq və idrak funksiyası eyni vaxtda arta və ya azala bilər. Bu, cinsi həyatımızla idrakımız arasında aydın əlaqənin olduğunu göstərir. (medicalmedia.az)