Bu ölkə Fələstini dövlət kimi tanıdı
    • 24-04-2024, 15:51
    • 269

Bu ölkə Fələstini dövlət kimi tanıdı

Yamayka Fələstini rəsmi olaraq dövlət kimi tanıdığını açıqlayıb.

News24.az xəbər verir ki, Yamaykanın Xarici İşlər və Xarici Ticarət Naziri Kamina Conson Smit mətbuata açıqlamasında bildirib ki, “Yamayka İsrail və Fələstin arasında uzun müddətdir davam edən münaqişəni həll etmək üçün yeganə etibarlı variant kimi iki dövlətli həlli müdafiə etməyə davam edir”.

Smit qeyd edib ki, dünən keçirilən Nazirlər Şurasının iclasından sonra Fələstini dövlət olaraq rəsmən tanımaq qərarına gəliblər.

Gərginliyin azaldılması və bölgədə daimi sülhün əldə edilməsi üçün bütün səyləri dəstəkləməyə davam etdiklərini bildirən Smit tərəfləri problemi diplomatik yollarla həll etməyə çağırıb.

Qeyd edək ki, Barbados administrasiyası aprelin 20-də Fələstini dövlət kimi tanımaq qərarına gəlib.

Günel Məlikzadə