-
- 24-04-2024, 16:14
- 177
Şimali Koreya İrana yüksək səviyyəli nümayəndə heyəti göndərdi
Şimali Koreya Mərkəzi Xəbər Agentliyinə (KCNA) əsaslanan xəbərdə Şimali Koreyanın Xarici İqtisadi Əlaqələr naziri Yun Junq Honun başçılıq etdiyi Pxenyan heyətinin rəsmi səfər çərçivəsində İrana getdiyi bildirilib.
News24.az xəbər verir ki, xəbərdə Şimali Koreya lideri Kim Çen Inın diplomatik təcriddən çıxmaq üçün ABŞ-a qarşı olan ölkələrlə əməkdaşlığı inkişaf etdirməyə çalışdığı qeyd edilib.
Rusiyanın Ukraynaya qarşı müharibəsində Moskvaya dəstək verənlər arasında olan Pxenyan və Tehran hökumətləri də Rusiyaya texnika tədarük etməkdə ittiham olunublar.
Xatırladaq ki, Şimali Koreya yüksək vəzifəli məmurlarını sonuncu dəfə 2019-cu ilin avqustunda İrana göndərib.
Onu da bildirək ki, Pxenyan, COVID-19 tədbirləri çərçivəsində sərhədlərini bağlayana qədər Tehranla diplomatik əlaqələri davam etdirdi.
Günel Məlikzadə