Son 5 ilin ən yüksək səviyyəli toplantısı keçirildi
    • 12-04-2024, 21:00
    • 120

Son 5 ilin ən yüksək səviyyəli toplantısı keçirildi

Bildirilib ki, Çin Ümumçin Xalq Nümayəndələri Yığıncağı Daimi Komitəsinin sədri Cao Liçi Şimali Koreya Ali Xalq Nümayəndələri Konqresinin Daimi Komitəsinin sədri Ço Ryonq-hae ilə görüşüb.

News24.az xəbər verir ki, Şimali Koreyanın rəsmi Koreya Mərkəzi Xəbər Agentliyi (KCNA) Caonun üç günlük səfər çərçivəsində Şimali Koreyaya dünən gəldiyini bildirib.

Bildirilib ki, bu görüş iki ölkə arasında son 5 ildə ən yüksək səviyyəli görüş olub.

Görüş zamanı tərəflər siyasi, iqtisadi və sosial əməkdaşlığın artırılması yollarını müzakirə ediblər.

Günel Məlikzadə