-
- 24-04-2024, 19:10
- 550
Taksilər qiyməti niyə qaldırıb? - AÇIQLAMA
"Hazırda taksi fəaliyyəti ilə bağlı islahat gedir".
News24.az bildirir ki, bunu Qaynarinfo-ya açıqlamasında nəqliyyat eksperti Aslan Əsədov taksi fəaliyyətində qiymət artımından danışarkən deyib.
Onun sözlərinə görə, hazırda pik saatlarda və bayram günlərində taksilərin fəaliyyətində müəyyən artımlar ola bilər:
"Amma bu artımların daimi olacağını gözləmirəm. Bu müvəqqəti xarakter daşıyacaq. Bir yaxud da iki aydan sonra bu məsələ yenidən tənzimlənəcək".
Aslan Əsədovun fikirincə, burada əsas məsələ keyfiyyətin yüksəlməsi deyil:
"Əsas islahatın aparılmasıdır. Tələb və təkliflər planına uyğun olaraq daha çox tələb üzərində işlənilir. Avtomobillərin keyfiyyəti, onun şəraiti qaydasında olmalıdır, parklar yenilənməlidir".
Qeyd edək ki, bir neçə gündür ki, Bakıda fəaliyyət göstərən taksilərin qiymətində artım müşahidə olunur. Bunun səbəbini sürücülər 1999 və 2000-ci il istehsalı olan avtomobillərin taksi fəaliyyətindən kənarlaşdırılması və buna görə də avtomobillərin sayında azalma müşahidə olunması ilə izah edirlər.