Zelenski Şimali Koreyanın da hədəfinə tuş gəldi
    • 24-04-2024, 21:31
    • 163

Zelenski Şimali Koreyanın da hədəfinə tuş gəldi

Ukrayna Prezidenti Vladimir Zelenski ölkəsinin lideri yox, Amerika ssenarisində öz rolunu oynayan aktyordur.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Şimali Koreya xarici işlər nazirinin müavini İm Çon İl deyib.

“Ukraynanın döyüş meydanı çoxdan ABŞ və NATO-nun öyündüyü müxtəlif silahların məzarlığına çevrilib. Buna baxmayaraq, Zelenski ABŞ-nin yeni hərbi yardım qərarına görə minnətdarlığını bildirərkən, ehtiyatsızca Rusiyaya sonadək - ölənə qədər müqavimət göstərməyə davam edəcəyini söyləyir. Bəllidir ki, Zelenski öz ölkəsinin prezidenti yox, ABŞ ssenarisində öz rolunu oynayan məşhur aktyordur”, - koreyalı diplomat bildirib.