“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna əlavə səlahiyyətlər verilib
    • 2-05-2019, 18:22
    • 1 046

“İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğuna əlavə səlahiyyətlər verilib

Prezident İlham Əliyev “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin fəaliyyətinin təmin edilməsi haqqında”, “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” və “Azərbaycan Respublikası Dövlət Turizm Agentliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanlarında dəyişiklik edilməsi ilə bağlı fərman imzalayıb.

News24.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsinin Nizamnaməsi”ndə aşağıdakı yarımbəndlər əlavə edilib:

“3.1.3-1. Qoruqların ərazisində mədəniyyət sahəsində dövlət monitorinqini həyata keçirmək;
3.1.3-2. Qoruqların ərazisində mədəni irs abidələrinin mühafizə zonalarını müəyyən etmək;
3.1.3-3. Qoruqların ərazisində mühafizə dərəcəsi olan mədəni sərvətlərin, həmçinin tarix və mədəniyyət abidələrinin mülkiyyətçisi və ya istifadəçisi ilə həmin mədəni sərvətlərin qorunmasına dair mühafizə müqavilələri bağlamaq;
3.1.3-4. konservasiya mühafizə dərəcəsi olan daşınmaz mədəni sərvətlərdən məhdud dairədə istifadə olunmasına nəzarət etmək;
3.1.3-5. qabaqlayıcı mühafizə dərəcəsi tətbiq edilmiş mədəni sərvətlərin sökülməsinə, məhv edilməsinə, parçalanmasına, yeni quruluşa salınmasına, başqa yerə köçürülməsinə və zahiri görkəminin dəyişdirilməsinə razılıq vermək;”;
1.2. 3.1.13-cü yarımbənddən “və abidələrin əhəmiyyətinə dair müvafiq siyahıları tərtib etmək” sözləri çıxarılsın;
1.3. 3.1.15-ci yarımbəndə “özəlləşdirilməsinə” sözündən sonra “, icarəyə” sözü əlavə edilsin və həmin yarımbənddən “və qoruma öhdəliklərinə dair müqavilələr bağlamaq” sözləri çıxarılsın;
1.4. 3.1.16-cı yarımbənddə “məhdudlaşdırılması və ya qadağan edilməsi üçün qanunvericiliyə uyğun qaydada tədbirlər görmək” sözləri “hərəkətini məhdudlaşdırmaq və ya qadağan etmək” sözləri ilə əvəz edilsin;
1.5. aşağıdakı məzmunda 3.1.16-1-ci və 3.1.16-2-ci yarımbəndlər əlavə edilsin:
“3.1.16-1. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək;
3.1.16-2. “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, yerli əhəmiyyətli abidələrin köçürülməsinə icazə vermək, döyüş təhlükəsi olan ərazilərdən və döyüş zonalarından daşınar abidələrin köçürülməsini həyata keçirmək;”;
1.6. 3.1.22-ci yarımbənddə “qanunvericiliyə uyğun olaraq icazə verilən arxeoloji işləri” sözləri “qanuna uyğun olaraq icazə verilən arxeoloji qazıntı və arxeoloji mədəni sərvətlərin tədqiqi məqsədilə onlarla təmasda yerinə yetirilən elmi tədqiqat işlərini” sözləri ilə əvəz edilsin;
1.7. 3.1.23-cü yarımbənddə “dövlət qeydiyyatına alınması, pasportlaşdırılması” sözləri “siyahıya və dövlət qeydiyyatına alınmasını, pasportlaşdırılmasını həyata keçirmək” sözləri ilə, “əhəmiyyəti” sözü “əhəmiyyət dərəcəsi” sözləri ilə əvəz edilsin;
1.8. 3.2.8-ci yarımbənddə “qazıntı işlərinin aparılmasını təşkil edən” sözləri “bu Nizamnamənin 3.1.22-ci yarımbəndində qeyd olunan işləri aparan (yerinə yetirən)” sözləri ilə əvəz edilsin və həmin yarımbəndə “hesabat” sözündən sonra “və arxeoloji qazıntı zamanı aşkar olunmuş maddi mədəniyyət qalıqlarının siyahısını” sözləri əlavə edilsin.