Prezident Mədəniyyət Nazirliyinin səlahiyyətlərini artırdı
    • 2-05-2019, 18:35
    • 1 416

Prezident Mədəniyyət Nazirliyinin səlahiyyətlərini artırdı

Prezident İlham Əliyev “Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təmin edilməsi haqqında” fərmanda dəyişiklik edib.

News24.az-ın xəbərinə görə, dəyişikliyə əsasən, “Mədəniyyət Nazirliyi haqqında Əsasnamə”yə 4.2.1-1-ci yarımbənd əlavə edilib.
Əlavəyə görə, Mədəniyyət Nazirliyinə “Tarix və mədəniyyət abidələrinin qorunması haqqında” qanuna uyğun olaraq qoruqların ərazilərində və mühafizə zonalarında tarix və mədəniyyət abidələri üçün təhlükə yarada biləcək dövlət əhəmiyyətli tikinti və mühəndis-kommunikasiya işləri zamanı abidələrin təhlükəsizliyini təmin etmək üçün qabaqlayıcı tədbirlər görülməsi barədə qərar qəbul etmək səlahiyyəti verilib.

Nazirlik həmçinin abidələrə yaxın olan və ya onların mühafizə zonasından keçən yol sahələrində nəqliyyat vasitələrinin hərəkəti abidələrin qorunmasına təhlükə yaratdıqda, onların hərəkətini məhdudlaşdıra və ya qadağan edə bilər.