Telekanallara ayaq açan ÖZBƏK SERİALLARI: “Mənəviyyatımız özbək dilinə keçir”
    • 25-04-2024, 20:20
    • 9 527

Telekanallara ayaq açan ÖZBƏK SERİALLARI: “Mənəviyyatımız özbək dilinə keçir”

Son günlər telekanallarımızda özbək seriallarının nümayişinə başlanılıb. Əvvəllər Türkiyə və nadir halda rus serialları nümayiş olunurdusa, indi özbək serialları dominatlıq edir ki, bu da yerli serial bazarını mənfi təsir göstərir. İstər ssenari, rejissor işi, istərsə də aktyor oyunu baxımından çox zəif olan, primitiv məişət mövzularını əhatə edən bu seriaların televiziyalarımıza ayaq açmasının səbəbi nədir?

News24.az bildirir ki, Yenicag.az-a açıqlamasında tanınmış rejissor Kənan M.M sualımızı belə cavablandırıb:

“Çünki telekanallar özbək seriallarını 100 manata alırlar. Biz də 100 manata serial çəkə bilmirik. Beləliklə, bizim millətin ana dili, mənəviyyatı özbək dilinə keçir. Bir azdan hamımız özbək dilində danışacağıq. Buna görə bütün telekanal rəhbərlərini təbrik edirəm”.