Böyük savaşın anonsu verildi - “Qiyamət qopacaq”
    • 25-04-2024, 20:44
    • 228

Böyük savaşın anonsu verildi - “Qiyamət qopacaq”

NATO ilə mümkün müharibədə ilk zərbə Rusiyanın nüvə silahlarına ev sahibliyi edən Belarusa vurulacaq.

News24.az Teleqraf.com-a istinadla xəbər verir ki, bunu Belarus Prezidenti Aleksandr Lukaşenko deyib.

“Rusiya Qərbin hərəkətlərinə cavab olaraq bütün arsenalından istifadə etsə, Qiyamət qopacaq”, - Belarus lideri bildirib.

Lukaşenkonun sözlərinə görə, ABŞ Ukraynadakı münaqişədən istifadə edərək Avropanı zəiflətməyə çalışır.

“Ukrayna hərbçilərinin əhval-ruhiyyəsi mənə məlumdur, artıq bu müharibədən yorulublar. Amma onlar müstəqil hərəkət edə bilmirlər, çünki son ukraynalıya qədər döyüşmək istəyən Zelenskinin arxasında bütün NATO, bütün Qərbi Avropa bloku və Amerika Birləşmiş Ştatları var”, - Belarus prezidenti vurğulayıb.