Hacı Əliyevin SON DURUMU
    • 25-04-2024, 21:23
    • 2 654

Hacı Əliyevin SON DURUMU

“Özümü yaxşı hiss edirəm”.

News24.az bildirir ki, bu barədə İdman.biz-ə güləş üzrə 3 qat dünya və 4 qat Avropa çempionunu Hacı Əliyev özü məlumat verib.

Əliyev bildirib ki, hazırda səhhəti yaxşıdır: “Gözümün müalicəsi artıq bitib, üzümdəki şiş də artıq gedib. Müəyyən zədələrim var ki, qalmaqda davam edir. Amma onlar da zamanla düzələcək. Məşqlərə başlamışam. Paris-2024 Yay Olimpiya Oyunlarına qədər tam hazır olacam”.

Qeyd edək ki, Əliyev Bakıda keçirilən Avropa Olimpiya Təsnifat Turnirinin 1/8 finalında fransalı rəqibi Həmzət Arsamerzoyevlə görüşəndə qaşı partlayıb və tikişdən sonra gözünə mikrob düşüb.