Liderlərdən biri tuneldən çıxdı
    • 25-04-2024, 21:50
    • 92

Liderlərdən biri tuneldən çıxdı

Fələstinin HƏMAS təşkilatının liderindən biri olan Yəhya Sinvar tuneldən çıxaraq Qəzza zolağına baxış keçirib.

News24.az bildirir ki, bu barədə mənbəyə istinadən “The New Arab” nəşri məlumat yayıb.

Yəhya Sinvar Qəzzadakı müqavimətin vəziyyəti ilə yaxından tanış olub və dəqiq məlumatları rəhbərliyə çatdırıb.

O, bu yaxınlarda fələstinli silahlılarla İsrail əsgərləri arasında toqquşmaların baş verdiyi əraziləri yoxlayıb və hərəkatın bəzi döyüşçüləri ilə tunellərdə deyil, məhz ərazidə görüşüb.