Avropa Parlamenti Gürcüstan qarşı çıxdı
    • 25-04-2024, 18:49
    • 133

Avropa Parlamenti Gürcüstan qarşı çıxdı

Avropa Parlamenti xarici təsirin şəffaflığı haqqında mübahisəli qanunun qüvvədə olduğu müddətdə Aİ-ni Gürcüstanla üzvlük danışıqlarına başlamamağa çağıran məcburi qüvvəyə malik olmayan qətnamənin lehinə səs verib. 

News24.az  xəbər verir ki, bu barədə “European Truth” məlumat yayıb.

Məlumata görə, 425 deputat qətnamənin lehinə, 25-i əleyhinə, 30-u isə bitərəf qalıb.

Qətnamə layihəsində Avropa Parlamentinin “Xarici təsirin şəffaflığı haqqında” qanun layihəsinin yenidən parlamentə daxil edilməsini pislədiyi və bunun Avropa İttifaqının dəyərlərinə uyğun gəlmədiyi, Gürcüstanın Avropa İttifaqına daxil olmaq ambisiyalarına zidd olduğu, Avropa İttifaqına ziyan vurduğu qeyd edilib. 

Mehriban Mirzəzadə