Xalqın tələbi ilə seks festivalı ləğv edildi
    • 25-04-2024, 22:49
    • 828

Xalqın tələbi ilə seks festivalı ləğv edildi


Cənubi Koreya tarixində ilk və ən böyük seks festivalına ev sahibliyi etməyə hazırlaşırdı. 

News24.az Lent.az-a istinadən xəbərinə görə,  sabah keçiriləcək festival  xalqın tələbi ilə  starta 24 saat qalmış ləğv edilib. 

Qonaqlar ictimaiyyətin hücumuna məruz qalacaqlarını və həyatlarının təhlükə altında olduğunu düşünərək festivaldan geri çəkiliblər.

Festivalın hər iki cins üçün eyni məqsədlər güdmədiyi bildirilib və fəallar təşkilatçıları qadınları istismar etməkdə ittiham ediblər.

Festivala bilet alan insanlar pulun geri qaytarılmasını tələb etməyə başlayıblar.

Təşkilatçılar isə bildiriblər  ki, hər bir inkişaf etmiş ölkədə seks festivalı keçirilir, lakin Cənubi Koreyada  böyüklər üçün əyləncə mədəniyyəti yoxdur”.