Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO
    • 24-12-2022, 21:30
    • 209

Bakıda iki maşın toqquşub, xəsarət alan var - FOTO

Bakının Xətai rayonunda yol qəzası zamanı bir nəfər xəsarət alıb.

Hadisə 8 Noyabr prospektində qeydə alınıb. Hadisədə iki “Toyota Prius” avtomobili toqquşub.
Qəzanı törədən sürücü bildirir ki, işıqforun qırmızı işığında dayanan nəqliyyat vasitəsini görmədiyi üçün hadisə baş verib.
Əraziyə Yol Patrul Xidmətinin əməkdaşları cəlb edilib. Fakt araşdırılır. /APA/