Aşıq Namiq qəzaya düşdü - VİDEO
    • 13-10-2022, 10:36
    • 299

Aşıq Namiq qəzaya düşdü - VİDEO

Aşıq Namiq Fərhadoğlu qəzaya düşüb.

News24.az "Qafqazinfo"ya istinadən xəbər verir ki, hadisə Bakının Nizami rayonu ərazisində qeydə alınıb.

Məlumata görə, Namiq Hüseynov idarə etdiyi 99-NF-002 dövlət nömrə nişanlı “Toyota” markalı avtomobili ilə işıqforun qırmızı işığında dayanıb. Bu zaman yüksək sürətlə hərəkət edən 77-HB-375 dövlət nömrə nişanlı “Azsamand” markalı avtomobil qarşıda dayanan 99-PS-832 dövlət nömrə nişanlı “Renault”a çırpılıb.

“Renault” isə Namiq Hüseynovun maşınına dəyərək dayanıb.

Hadisə zamanı xəsarət alanların olduğu bildirilir. Faktla bağlı araşdırma aparılır.

Qeyd edək ki, sənətçinin özü də qəza ilə bağlı instaqram hesabında video paylaşıb