Vəzifəli şəxsləri mülklərinin siyahısını yaymaqla hədələdi - AZƏRBAYCANDA
    • 3-05-2019, 14:13
    • 906

Vəzifəli şəxsləri mülklərinin siyahısını yaymaqla hədələdi - AZƏRBAYCANDA

Bir müddət əvvəl Ağsu rayonunda müxtəlif vəzifəli şəxsləri şantaj etdiyinə görə həbs edilmiş Hüseynov Şənlik Hətəmxan oğlunun işinə Ali Məhkəmədə baxılacaq.

News24.az-ın məlumatına görə, kasasiya şikayətinə Ali Məhkəmədə hakim Gülzar Rzayevanın sədrliyi ilə baxılacaq. Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Məmmədov Səfər Sərdar oğlunu şantaj etdiyi üçün tutulan Ş.Hüseynov Cinayət Məcəlləsinin 182.2.4-cü, yəni hədə-qorxu ilə tələb etmə-xeyli miqdarda əmlak əldə etmək məqsədi ilə törədildikdə maddəsi ilə təqsirli bilinib. Idarə rəisi məhkəmədə zərərçəkmiş şəxs kimi tanınıb.
Qeyd edək ki, ittiham aktına görə, Ağsu rayonunun Çaparlı kənd sakini Şənlik Hüseynov 2017-ci il iyulun 6-da Ağsu şəhərinin ərazisində vətəndaş Səfər Məmmədov barəsində rüsvayedici məlumatlar yayacağı ilə hədələyərək ondan 7000 ABŞ dolları alıb. B, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində tutulub.

Belə ki, 2-ci qrup əlil olan Şənlik Hüseynov Ağsu Suvarma Sistemləri İdarəsinin rəisi Səfər Məmmədov haqqında aşağıdakı məlumatları mətbuatda işıqlandırılmasına nail olub. Ş.Hüseynov bildirb ki, Ağsu Suvarma Sistemləri İdarəsinə "Kamaz"markalı maşın alınıb. Həmin mexanizim 60 000 (altmış min) manata alınsa da, 120.000 (bir yüz iyrimi min ) manata sənədləşdirilib.

2 oğlunun adını işçi kimi idarəyə rəsmiləşdirib,onlar yalandan maaş alırlar. Halbuki oğlanlarının ikisi də Bakıda yaşayır.

İdarənin “Hunday”markalı minik maşınını qanunsuz olaraq özəlləşdirib və oğluna verib. Rayondakı Cavanşir gölünü özəlləşdirib və ərazidəki torpaqları qanunsuz olaraq ələ keçirib. İdarəyə məxsus betonqarışdıran “Kamaz”ı Bakıda yaşayan Elməddin adlı şəxsə satıb.
Yeni “Hunday” ekskovatoru gətirib Şamaxıdan bir nəfərə 10 min manata satıb. Həmin texnika idarə üçün nəzərdə tutulmasına baxmayaraq, bir gün də olsa, rayona gətirilməyib.

Bundan başqa məlum olub ki, Şənlik Hüseynov Ağsu rayon Poçt şöbəsinin müdiri Vasif İsmayılovdanda dəfələrlə şantaj yolu ilə müəyyən məbləğdə pullar alıb.