Bakının məşhur restoranında ölüm
    • 29-04-2024, 12:06
    • 251

Bakının məşhur restoranında ölüm

Bakının məşhur restoranında 73 yaşlı şəxs qəflətən ölüb.

News24.az xəbər verir ki, oxu.az-ın əldə etdiyi məlumata əsasən, hadisə "Ay İşığı" restoranında baş verib.

Belə ki, 1951-ci il təvəllüdlü Fəxrəddin Poladov rəqs etdiyi zaman qəfil halı dəyişib. Şəxsin ürək çatışmazlığından vəfat etdiyi bildirilir.

Faktla bağlı araşdırma aparılır.