Bakının mərkəzindəki məşhur restoranda ÖLÜM
    • 27-09-2022, 16:05
    • 404

Bakının mərkəzindəki məşhur restoranda ÖLÜM

Bakının mərkəzində - “Tarqovıy” adlanan ərazidə yerləşən “Dolma” restoranında ölümlə nəticələnən bədbəxt hadisə baş verib.

News24.az "Qafqazinfo"-ya istinadla xəbər verir ki, dünən saat 16 radələrində Tərlan Əliyarbəyov küçəsində yerləşən restoranda Gürcüstan vətəndaşı, 1991-ci il təvəllüdlü Rafiq Yasin oğlu Abdullayev qəfil vəfat edib. Onun restoranda təmir işləri görərkən elektrik cərəyanının vurması nəticəsində ölməsi müəyyən edilib.

Faktla bağlı Səbail Rayon Prokurorluğunda araşdırma aparılır.