Bakıda tikintidə faciə: Fəhlə qəfil öldü
    • 21-11-2022, 14:00
    • 180

Bakıda tikintidə faciə: Fəhlə qəfil öldü

Bakıda tikinti sahəsində ölüm hadisəsi baş verib.

News24.az-ın əldə etdiyi məlumata görə, Xətai rayonu İ.Orucov küçəsində inşa edilən çoxmərtəbəli binada fəhlə işləyən 1966-cı il təvəllüdlü B.Rəhimov qəfil vəfat edib. 

İlkin müayinə nəticəsində onun ürək çatışmazlığından ölməsi müəyyən edilib.

Faktla bağlı araşdırma aparılır.