Azərbaycan Premyer Liqasında REKORD
    • 29-04-2024, 12:07
    • 365

Azərbaycan Premyer Liqasında REKORD

Azərbaycan Premyer Liqasında mövsümün tamaşaçı rekordu qeydə alınıb.

News24.az İdman.biz-ə istinadla xəbər verir ki, bu, XXXII turun “Sumqayıt” – “Qarabağ” matçında baş verib.

Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionundakı görüşü 9300 tamaşaçı izləyib. Bu, çempionatın arxada qalan hissəsi üçün ən yüksək göstəricidir.

Buna qədər rekord “Sumqayıt” – “Neftçi” matçına təsadüf etmişdi. XXI turun qarşılaşmasında 8100 seyrçi qeydə alınıb.

Qeyd edək ki, “Sumqayıt” ev matçında 1:0 hesablı qələbə qazanıb.